- Qərb
- 16 Aprel 19:15
- 2 017
Rubio və Vitkoff Ukrayna sülhünü müzakirə etmək üçün Parisə səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Ukraynada sülh yolu ilə nizamlanmanı müzakirə etmək üçün Parisə gələcəklər.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib .
"Rubio və Vitkoff prezident [Donald] Trampın Ukraynadakı münaqişəni sona çatdırmaq məqsədini irəli sürmək üçün avropalı həmkarları ilə danışıqlar aparmaq üçün Parisə gedəcəklər ", - press-relizdə deyilir.
Bildirilir ki, Parisdə ABŞ nümayəndələri Avropa rəsmiləri ilə regionda ümumi maraqların irəliləyiş yollarını müzakirə edəcəklər.
Mövsüm
Aznews.az