- Qərb
- 16 Aprel 19:27
- 2 342
Fiko Slovakiyanın Ukraynaya hərbi dəstək verməkdən imtina etdiyini açıqlayıb

Ökənin baş naziri Robert Fiko bəyan edib ki, Slovakiya hakimiyyəti Ukraynanın hərbi ehtiyaclarını maliyyələşdirmək niyyətində deyil.
Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə keçirdiyi mətbuat konfransında siyasətçi deyib: “Slovakiya Respublikası hökuməti Ukraynaya hərbi yardım baxımından heç bir ianə etməyəcək, biz də Ukraynaya silah almaq üçün maliyyə mexanizmlərində iştirak etməyəcəyik”.
Fiko əlavə edib ki, indiki şəraitdə Rusiya qazının Ukrayna ərazisindən tranzitini tez bir zamanda bərpa etmək də mütləq lazımdır.
Mövsüm
Aznews.az