• Qərb
  • 16 Aprel 19:52
  •  2 035

Bild: Tramp Ukrayna ilə 50 milyard dollarlıq silah müqaviləsini rədd edir

ABŞ prezidenti Donald Tramp Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlər vermək istəmir , hətta pulla belə.

Bu barədə Bild qəzeti məlumat yayıb .

Qəzetin yazdığına görə, Ukrayna prezidenti Volodimir Zelenski Trampa 50 milyard dollar dəyərində zenit raketləri almağı təklif edib, lakin ABŞ prezidenti bu təklifi rədd edib. Pulun Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən öz vəsaitləri və dondurulmuş Rusiya aktivləri hesabına verilməli olduğu dəqiqləşdirilir.

Nəşr vurğulayır: “Patriot raketləri yalnız ABŞ-də istehsal olunduğundan və prezident Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynaya bir daha pulsuz yardım etməyəcəyini açıq şəkildə bildirdiyinə görə, Ukrayna prezidenti Volodimir Zelenski çıxılmaz vəziyyətə düşüb”.

Mövsüm

Aznews.az