• Qərb
  • 17 Aprel 16:41
  •  3 459

Çexiya Rusiya neftinin alışını dayandırdığını açıqlayıb

Çexiya Drujba kəməri ilə Rusiya neftinin qəbulunu dayandırıb və italyan təchizatçılarından almağa başlayıb.

Bu barədə rəsmilərə istinadən “Ceske Noviny” agentliyi məlumat yayıb .

“Biz enerji müstəqilliyimizə doğru daha bir addım atdıq”, - deyə Çexiyanın Baş naziri Petr Fiala bildirib.

Nəşrin məlumatına görə, Çexiya indi Qərb neft kəmərlərindən ildə 8 milyon tona qədər neft ala bilər ki, bu da Çexiya neft emalı zavodlarının istehlakını tam ödəyəcək.

Mövsüm

Aznews.az