• Qərb
  • 18 Aprel 20:37
  •  2 526

Sandu yaxın həftələrdə Rusiya səfirinin etimadnaməsi ilə bağlı qərar verəcək

Moldova prezidenti Maia Sandu aprelin 17-də Rusiyanın Kişinyovdakı yeni səfiri Oleq Ozerovun etimadnaməsini yaxın həftələrdə qəbul etmək imkanları barədə qərar verəcəyini bildirib.

"Ölkəmizə qarşı çoxlu qeyri-dost hərəkətlər edildiyi üçün mən etimadnamələri qəbul etməyə razı olmadım",-deyə Sandu bildirib.

Sanduya görə, bu prosedur “Kreml tərəfindən Moldova Respublikasına qarşı çoxlu sayda yalan və qeyri-dost bəyanatlar” verildiyi iddiası ilə gecikdirilib.

Mövsüm

Aznews.az