- Qərb
- 21 Aprel 21:44
- 1 806
ABŞ Rusiyanın Ukrayna ilə bağlı mümkün əməkdaşlıq təkliflərini açıqlayıb

ABŞ Ukrayna münaqişəsinin həllində əməkdaşlıq müqabilində Rusiyaya sərmayələr təklif edə bilər.
Bu barədə "Responsible Statecraft" (RS) nəşri məlumat yayıb.
Məqalədə deyilir: “ABŞ Arktika layihələri üzrə sanksiyaları ləğv etməyi və ya Rusiya Ukrayna ilə bağlı əməkdaşlıq edərsə, Qərb investisiyalarına zəmanət verməyi təklif edə bilər”.
Nəşrin yazdığına görə, Vaşinqton Arktika regionunda Moskva ilə əlaqələrdə maraqlıdır.
Məqalədə qeyd olunub ki, Rusiya tərəfi ən böyük buzqıran donanmaya malikdir. Onun ümumi sayına görə ABŞ və müttəfiqlərinin donanmalarını üstələdiyi də bildirilir. Vurğulanır ki, Rusiya Federasiyasında ABŞ və müttəfiqlərində olmayan yeddi nüvə buzqıran gəmisi var.
Mövsüm
Aznews.az