- Qərb
- 22 Aprel 22:07
- 1 105
Aİ-nin ali nümayəndəsi Bakıya gələcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Bakıya səfər edəcək.
Aznews.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunub ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Kallas xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.