• Qərb
  • 22 Aprel 22:39
  •  696

Avropa ABŞ-yə Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini bildirib

Avropa gücləri keçən həftə Ukrayna və Rusiya arasında mümkün sülh sazişi kontekstində öz “qırmızı xətləri” barədə ABŞ-ni xəbərdar etdilər.

Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot məlumat verib.

"Bizi maraqlandıran yeganə məqsəd Fransanın maraqlarının və Avropanın təhlükəsizliyinin qorunmasıdır. Məhz bu səbəbdən Birləşmiş Ştatlar vasitəçi mövqe tutmaq qərarına gələndə biz onlara qırmızı xətlərimizin nə olduğunu eşitdiririk", - Barro bildirib .

ABŞ prezidenti Donald Trampın əvvəllər dediyi kimi bu həftə sülhün bağlanması ehtimalı ilə bağlı suala cavab olaraq Barro qeyd edib ki, “Rusiyanın mövqeyindən çox şey asılıdır".

Mövsüm

Aznews.az