- Qərb
- 23 Aprel 21:05
- 910
Tajani: İtaliya Ukraynada BMT-nin mümkün missiyasında iştirak edəcək

İtaliya BMT-nin Ukraynadakı potensial missiyasında iştirak etməyə yalnız Rusiyadan icazə alacağı təqdirdə razılaşacaq.
Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tajani məlumat verib.
O qeyd edib ki, BMT-nin himayəsi altında hərbi missiyanın təşkili üçün BMT Təhlükəsizlik Şurasında səsvermənin keçirilməsi zəruridir.
O, telekanalın YouTube kanalında yayımlanan müsahibəsində deyib: "Bu halda İtaliya belə bir hərbi missiyada iştirak etməyə hazır olacaq, lakin bunun üçün Rusiya ilə razılaşma tapmaq lazımdır".
Mövsüm
Aznews.az