- Qərb
- 23 Aprel 21:20
- 842
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaratmaq niyyətindədir

Estoniya Rusiya ilə həmsərhəd Narva şəhərində hərbi baza yaratmağı planlaşdırır.
Bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vahur Karus məlumat verib.
"Bəli, biz Narvada Müdafiə Liqası vasitəsilə qismən təmsil olunuruq, lakin məqsədimiz orada daimi bölmələr yaratmaqdır. Bu yolla biz şəhər sakinlərinə Estoniya dövlətinin mövcudluğu barədə aydın siqnal verəcəyik. Narva sakinləri ordunun onların gündəlik şəhər həyatının bir hissəsi olduğuna alışa biləcəklər", - ERR Teleradio Şirkəti Karusdan sitat gətirib.
O, həmçinin bildirib ki, bazada həm həqiqi hərbi qulluqçular, həm də çağırışçılar yerləşdiriləcək.
Mövsüm
Aznews.az