• Qərb
  • 23 Aprel 21:22
  •  845

Polşadan Ukraynaya Yardım Siqnalı: Lojistika Var, Qoşun Yox

Polşa hakimiyyəti Ukraynaya qoşun yeritmək istəyən NATO ölkələrini dəstəkləyəcək , lakin ölkənin özü bunu etməyəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski məlumat verib.

"Bəzi ölkələr Ukraynaya qoşun göndərməyi düşünür. Biz qoşun göndərməyəcəyik, lakin dəstək missiyasını təmin edəcəyik" deyən Sikorskinin çıxışı ölkənin baş nazirinin ofisinin X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edilib.

Bundan əlavə, o qeyd edib ki, Polşasız Ukraynaya yardım göstərmək mümkün olmayacaq, çünki Qərb yardımlarının çoxu Polşa vasitəsilə Ukraynaya gəlir.

Mövsüm

Aznews.az