• Qərb
  • 23 Aprel 21:39
  •  760

ABŞ yeni gömrük rüsumlarından sonra 18 ölkədən yazılı təkliflər alır

Ağ Evin sözçüsü Karoline Levitt, ABŞ Prezidenti Donald Trampın 2 apreldə ticarət tərəfdaşlarına tətbiq olunacaq yeni tarifləri açıqlamasından sonra mövzu ilə bağlı son hadisələri açıqlayıb.

Levitt, Tramp administrasiyasının ticarət danışıqları çərçivəsində indiyədək 18 ölkədən tariflərlə bağlı yazılı təkliflər aldığını bildirib.

Ticarət danışıqlarını aparan qrupun təkcə bu həftə 34 ölkə ilə birbaşa danışıqlar aparacağını vurğulayan Levitt, bu təmasların iqtisadi əməkdaşlıq və vergilər sahəsində konkret irəliləyişlərə yol açacağını bildirib.

Mətbuatın kifayət qədər əhəmiyyət vermədiyini söylədiyi mühüm bir inkişafa diqqət çəkən Levitt, Hindistana səfər edən ABŞ vitse-prezidenti Ceyms Devid Vensin aprelin 21-dən etibarən Hindistanla ticarət razılaşmasının şərtləri ilə bağlı razılaşma əldə edildiyini açıqladığını xatırladıb.

Levitt , bunun ABŞ-nin xarici ticarət strategiyasında "vacib addım" olduğunu söyləyib.

Mövsüm

Aznews.az