NYT: Kasıb ölkələrin inkişafına kömək edən ABŞ agentliyi ləğv edilir

ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) yoxsul, lakin sabit ölkələrin iqtisadi inkişafına kömək edən Minilliyin Çağırışları Korporasiyasını (MKM) ləğv edə bilər.

Bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

"Minilliyin Çağırışları Korporasiyası agentliyinin əməkdaşlarına e-poçt vasitəsilə bildirildi ki, [DOGE rəhbəri] Elon Maskın hökumət xərclərini azaldan komandasının keçən həftə səfərlərindən sonra onlardan erkən təqaüdə çıxmaları və ya istefa vermələri istəniləcək", - nəşr bildirib.

Qəzetin yazdığına görə, MKM-nin qanunla tələb olunan minimuma endirilməsi planlaşdırılır. Ağ Evin vəziyyətlə bağlı şərh vermədiyi dəqiqləşdirilir.

Mövsüm

Aznews.az