ABŞ Maykl Antonu İran Danışıqlar Qrupuna rəhbər təyin etdi

ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Antonu İranla texniki məsləhətləşmələr aparmaq üçün ABŞ nümayəndə heyətinə rəhbərlik etməyə təyin edib.

Bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazıb.

"Təcrübəsini və zəkasını nəzərə alsaq, o, iş üçün ideal insandır. Ən əsası, bu, prezident Trampın bu faylla bağlı gündəliyinin həyata keçirilməsini təmin edəcək", - administrasiya rəsmisi bildirib.

Antonun bu həftə sonu İran rəsmiləri ilə ekspert danışıqlarının ilk raundunu keçirəcəyi bildirilir.

Mövsüm

Aznews.az