- Qərb
- 25 Aprel 17:44
- 1 124
Ruttenin hesabatında Ukrayna məsələsi çıxarıldı

Şimali Atlantika Alyansının baş katibi Mark Rutte illik hesabatından Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı ifadəni çıxarıb .
Bu barədə Ukraynanın “Strana.ua” portalı məlumat yayıb.
Hesabata ön sözdə alyansın baş katibi qeyd edib ki, müttəfiqlərin əsas prioritetləri Ukraynaya dəstəyin təmin edilməsidir. Ruttenin 2023-cü il hesabatında Ukraynaya dəstəyin artırılması ilə bağlı məqam artıq mündəricata daxil edilib. Həmçinin vurğulanıb ki, “Ukraynanın gələcəyi NATO-dadır və alyans Ukraynanı gələcək üzvlük yolunda dəstəkləyəcək”. Yeni sənəddə belə bir ifadə yoxdur.
Bundan əlavə, Ukrayna və Gürcüstanla münasibətlər üçün xüsusi strukturların hazırlanmasından da bəhs edilir ki, bu da ötən ilin hesabatında yer alır.
Mövsüm
Aznews.az