Aİ və Kiyev ABŞ-nin Ukrayna ilə bağlı bəzi təkliflərini rədd edib

Avropa və Ukrayna ABŞ-nin münaqişənin həlli ilə bağlı bir sıra təkliflərini rədd edib.

Bu barədə "Reuters" agentliyi aprelin 23-də Londonda danışıqlar zamanı Amerika tərəfinə təhvil verilmiş sənədlərə istinadən məlumat yayıb .

“Ukrayna və Avropa rəsmiləri bu həftə ABŞ-nin Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı bəzi təkliflərinə qarşı çıxıblar”, - hesabatda deyilir.

Agentlik bildirir ki, əsas fikir ayrılıqları ərazi məsələlərinin həlli, Rusiyaya qarşı sanksiyaların ləğvi, təhlükəsizlik təminatları və Ukrayna hərbçilərinin sayı ilə bağlıdır.

Mövsüm

Aznews.az