Tramp: "Ukrayna danışıqları irəliləyir, amma vəziyyət çox kövrəkdir"

ABŞ-nin Rusiya və Ukrayna ilə danışıqlarında yaxşı irəliləyiş var, lakin vəziyyət kövrək olaraq qalır.

Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Düşünürəm ki, Rusiya və Ukraynada hər şey irəliləyir. Biz ümidliyik. Lakin hər şey çox kövrəkdir", - Tramp jurnalistlərin suallarına cavab verib.

Amerika lideri həmçinin qeyd edib ki, Ukraynada münaqişə baş verməməli idi, lakin ABŞ-nin keçmiş prezidenti Co Bayden “bunun qarşısını ala bilmədi”.

Mövsüm

Aznews.az