• Qərb
  • 25 Aprel 20:09
  •  1 669

Ukrayna ordusu asiya ölkəsinin bayrağı olan gəmini ələ keçirib

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Asiya ölkələrindən birinin bayrağı altında üzən gəmini Sevastopol limanına getdiyi üçün ələ keçirib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Quru yük gəmisinin saxlanılması SBU və Dövlət Sərhəd Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində baş verib", - SBU-nun Teleqram kanalında aydınlıq gətirilib.

Ukrayna sərhədçiləri gəmidə axtarış aparıb, naviqasiya avadanlıqları və sənədləri ələ keçirib.

Mövsüm

Aznews.az