- Qərb
- 25 Aprel 20:21
- 1 758
NBC: Trampın tarifləri ABŞ-də boş rəflərə səbəb olur
.jpg)
ABŞ Prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi tariflər hazırkı səviyyədə qalarsa, Amerika istehlakçıları COVID-19 pandemiyası zamanı olduğu kimi boş mağaza rəfləri ilə üzləşə bilər.
Bu barədə "NBC News" məlumat yayıb .
“Yaxın aylarda mağaza rəflərindən yoxa çıxma ehtimalı yüksək olan məhsullar arasında ucuz ayaqqabılar, geyimlər, oyuncaqlar və bir çoxu Çində istehsal olunan elektronika olacaq”, - deyə məlumatda bildirilir.
Telekanalın məlumatına görə, şirkətlər artıq Çindən məhsul sifarişlərini ləğv edir və yeni sövdələşmələri dayandırır. Los-Anceles limanına çatması planlaşdırılan yük gəmilərinin sayı kəskin şəkildə azalır.
Mövsüm
Aznews.az