ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib.
Aznews.az xəbər verir ki, İranın dövlət televiziyası Omanda keçirilən danışıqların üçüncü raundunun başa çatdığını bildirib.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib.
Qeyd edək ki, iki ölkə arasında həm ekspertlər səviyyəsində texniki danışıqlar, həm də yüksək səviyyəli diplomatik görüşlər nəzərdə tutulub.
Uitkoff və Araqçi arasında son görüş ötən şənbə Romada keçirilib. Hər iki tərəf həmin görüşün yekununda müsbət açıqlamalar verib.