Macarıstan Çinlə əlaqələri kəsməyi rədd edir

Macarıstan ABŞ-nin təzyiqi fonunda Çinlə ticarət və iqtisadi əlaqələri azaltmayacaq.

Bu barədə ölkənin İqtisadiyyat naziri Marton Nagy məlumat verib.

Onun sözlərinə görə, Budapeşt də investisiya potensialına görə Vaşinqtonun Pekindən geri qaldığı qənaətindədir.

"Biz ABŞ-də Çinlə eyni səviyyədə olacaq investisiya potensialı görmürük", - deyə nazir qeyd edib.

Mövsüm

Aznews.az