- Qərb
- 18:08
- 867
ABŞ-Ukrayna resurs sazişi bu həftə imzalana bilər

Vaşinqton və Kiyev bu həftə Ukraynanın mineral ehtiyatları və enerji aktivlərini əhatə edən çərçivə sazişi imzalaya bilər.
Bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb .
Nəşrin yazdığına görə, Kiyev ABŞ prezidenti Donald Tramp administrasiyasından keçmiş hərbi yardımları nəzərə almaqdan imtina şəklində əhəmiyyətli güzəşt əldə edib.
Bildirilir ki, bağlanmaqda olan çərçivə sazişi bütün mineral ehtiyatlara, o cümlədən neft və qaza, eləcə də Ukraynanın bütün ərazisində əsas enerji aktivlərinə şamil edilir.
Mövsüm
Aznews.az