- Qərb
- 18:53
- 1 492
Portuqaliya elektrik kəsintiləri ilə bağlı Aİ-yə çağırış edib

Lissabon Avropa İttifaqının Enerji Tənzimləyicilərinin Əməkdaşlığı Agentliyini (EUER) ölkədə baş verən kütləvi elektrik kəsilməsi ilə bağlı müstəqil araşdırma aparmağa çağırır.
Bu barədə Portuqaliyanın baş naziri Luis Monteneqro bəyan edib.
"Biz elektrik kəsilməsinin səbəbləri ilə bağlı tam araşdırma aparmaq istəyirik", - Reuters onun sözlərindən sitat gətirir .
Portuqaliyanın Baş naziri, hökumətinin sürətli və təcili cavablar gözlədiyini açıqlayıb.
Mövsüm
Aznews.az