Polşada bıçaqlı şəxs Krakov Universitetinin xəstəxanasında həkimi öldürüb

Polşanın Krakov Universitetinin xəstəxanasında bir nəfər həkimi bıçaqlayaraq öldürüb.

Bu barədə Polşanın səhiyyə naziri İzabella Leşçina məlumat verib.

Hadisənin ortopedin kabinetində baş verdiyi bildirilir. Hücumçu xəstənin yerləşdiyi kabinetə soxulub və həkimə bir neçə bıçaq zərbəsi endirib. Zərərçəkən əməliyyat zamanı dünyasını dəyişib.

Hücum edən şəxs saxlanılıb və onun 35 yaşlı yerli sakin olduğu məlum olub. Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.

Mövsüm

Aznews.az