- Qərb
- 29 Aprel 19:42
- 905
Tramp: Mən Ukraynanı xilas edirəm

ABŞ prezidenti Donald Tramp deyib ki, o, Ukraynaya sürətli çöküşün qarşısını almağa kömək etməyə çalışır.
Onunla müsahibə “Atlantic” jurnalında dərc olunub .
"Həqiqətən deyə bilərəm ki, mən çox yaxşıyam, çünki bu ölkəni xilas edirəm. Düşünürəm ki, mən Ukraynaya böyük xidmət edirəm. Mən buna inanıram", - Amerika lideri qeyd edib.
Bundan əlavə, o qeyd edib ki, Ukraynanın silahla təmin olunacağına zəmanət verə bilməz. Eyni zamanda Tramp digər təsir üsullarının da mövcudluğuna diqqət çəkib. Ağ Ev rəhbəri misal olaraq “sanksiya ilə silah, bankçılıqla silah”ı misal çəkib.
Mövsüm
Aznews.az