- Qərb
- 29 Aprel 20:00
- 1 132
CNN Trampın təşəbbüsü ilə işdən çıxarılan ABŞ hökumət işçilərinin sayını açıqlayıb

ABŞ prezidenti Donald Trampın hökumət işçilərinin sayını azaltmaq siyasəti çərçivəsində ən azı 121 min insan işini itirib.
Bu barədə CNN məlumat yayıb.
“CNN-in rəsmi bəyanatları, daxili hökumət qeydləri və xəbərlərin təhlilinə əsasən, prezident Donald Trampın ikinci müddətə başladığı üç ay ərzində ən azı 121.000 federal işçi işdən çıxarılıb və ya fəaliyyəti dayandırılıb”, – televiziya şirkəti aydınlıq gətirib.
Həmçinin bildirilib ki, bu rəqəmə uzunmüddətli məzuniyyət götürməyə məcbur edilənlər və ya pul kompensasiyası şərti ilə könüllü olaraq vəzifədən getməyə razı olanlar daxil deyil.
Mövsüm
Aznews.az