• Qərb
  • 29 Aprel 20:26
  •  843

Bild: Tramp Avstraliyadan Ukraynaya tankların daşınmasını əngəlləyir

ABŞ prezidenti Donald Tramp Avstraliya hakimiyyəti tərəfindən Amerikanın Abrams tanklarının Ukraynaya təhvil verilməsinə mane olur.

Bu barədə Almaniyanın Bild qəzeti məlumat yayıb.

2024-cü ilin oktyabrında Avstraliya 164 milyon avroluq hərbi yardım paketinin bir hissəsi olaraq 49 M1A1 Abrams döyüş tankını Ukraynaya təhvil verməyi öhdəsinə götürmüşdü. Nəşr yazır ki, bununla belə, silah sistemləri “hələ də xaricdə yerləşdirilməsi üçün yekun təsdiqi gözləyir”.

Qeyd olunur ki, Tramp administrasiyası Amerika istehsalı olan silahların son istifadəsinə dair müddəaya müraciət edir. Beləliklə, tədarükdən 30 il sonra da Avstraliya təkrar ixrac icazəsi tələb edəcək. Bild əlavə edir ki, Avstraliya hakimiyyəti ABŞ-dən hələ belə icazə almayıb.

“Sülh razılaşmasının üfüqdə olduğu bir vaxtda okeanın ortasında gəmilərin göyərtəsində tankların olmasının yöndəmsiz olacağı ilə bağlı narahatlıqlar var”, - Avstraliya rəsmisi qeyd edib.

Mövsüm

Aznews.az