- Yazarlar
- 13:53
- 1 123
Bu çağırış BMT-yə hörmət gətirmir

BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı qəsddə, terrorçuluqda, soyqırımında, başqa hərbi cinayətlər törətməkdə ittiham olunan "miatsum"çu ünsürlərin azadlığa buraxılmaları çağırışının arxasında konfliktlər yoluyla dünyanın bu və digər regionunda öz maraqlarını təmin etməyə çalışanların iradəsi durur. Çünki belə ağır cinayət törətməkdə suçlu bilinənlərin haqlarında hökm çıxarılmadan azadlığa buraxılmaları hay nasistlərini Qərbi Azərbaycanda, Qarabağla Şərqi Zəngəzurda törətdiklərinə bənzər yeni cinayətlərə və revanşizmə həvəsləndirməkdən, dünyanın digər yerlərində də onlara bənzərlərin hərəkətə keçmələri üçün presedent yaratmaqdan başqa yaxşı heç nə vəd etmir.
Nasizmin nə olduğun yaxşı bilən bu avstriyalı hüquqşünas maraqlıdır, nə haqla Azərbaycan məhkəmələrinin işinə müdaxilə etməyə çalışır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının idarə edilməsi üzrə doktorluq dissertasiyası yazan bu adam yüz minlərlə azərbaycanlının yurd yerlərindən didərgin salınmalarında az rol oynamadıqlarını özünün də gözəl bildiyi cinayətkarların azadlığa çıxmalarını niyə istəyir?
Əgər bu humanizmidən irəli gəlirsə, Qərbi Azərbaycan İcmasının bugünkü bəyanatında da vurğulandığı kimi nədən bizim soydaşlarımızın pozulmuş haqları, dağıdılımış mənəvi irsləri, yurdlarına dönmək istəklərinin yerinə yetirilməməsi ilə bağlı bir kəlmə belə fikir bildirməyib. Halbuki o, 1991-ci ildən BMT-də çalışır və bir daha vurğulayıram, yüz minlərlə azərbaycanlıya qaşı törədilən vəhşlikərdən yaxşı xəbərdardır.
Ona görə mən də BMT-nin insan hüquqları üzrə ali komissarının beynəlxalq hüququ gözardı edən, yəqin həm də səlibçi zehniyyətin təsiri altında ayrı-seçkiliyə yol verilən, suveren dövlətin məhkəmə sisteminə qarşı kobud müdaxilə saydığım çağırışını qətiyyətlə pisləyirəm! Bu çağırış milyonlarla azərbaycanlıda haqlı ikrah doğurmaqla yanaşı nə onun özünə, nə də başında durduğu quruma hörmət gətirir.
Sahib Alıyev
Millət vəkili