• EKONEWS
  • 29 Avqust 2024 11:59
  •  8 020

Azərbaycan və Avstraliya nümayəndələri iqlim problemlərini müzakirə ediblər

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə əməkdaşlıq çərçivəsində Sidneydə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mayk Frilander (Dr.Mike Freelander) ilə görüşüb.

Bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə tərəflər əməkdaşlığın əsas sahələrini və qlobal iqlim problemlərinin həllində hər iki ölkənin oynadığı rolu müzakirə edib.