• COP29
  • 21 Oktyabr 12:31
  •  3 090

Azərbaycana qarşı hibrid təhdidlərin arxasında erməni diasporu dayanır

Azərbaycana qarşı hibrid təhdidlərin əksəriyyətinin arxasında erməni diasporu, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni təşkilatları dayanır.

“AzNews.az“ xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının üzvü Gülşən Paşayeva deyib.

O qeyd edib ki, dövlət və cəmiyyət imkanlarını birləşdirərək bu təhdidlərə qarşı birgə mübarizə aparmalıdır.

Müzakirədə iştirak edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib ki, bu cür dezinformasiyalarla mübarizə tədbirləri COP29-a hazırlıq prosesi ilə paralel aparılmalıdır: "Təklif edirəm ki, COP29 haqqında “antifake” sosial şəbəkə səhifəsi yaradılsın. Bu, COP29 haqqında yayılan yalan informasiyaların təkzib edilməsi, həqiqətlərin çatdırılması üçün istifadə oluna bilər”.