- COP29
- 12 Noyabr 17:03
- 1 490
Türkiyə COP31-ə ev sahibliyi etmək istəyir
2026-cı ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına (COP31) ev sahibliyi etmək üçün namizədliyimizi açıqladıq.
Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitində bildirib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin namizədliyini dəstəkləyən ölkələrə təşəkkür edib: “Mövqelərini müəyyənləşdirməyə davam edən ölkələrin də dəstəyini də gözləyirik. Bir daha tədbir iştirakçılarını salamlayıram və əziz qardaşım İlham Əliyevi bu önəmli sammit üçün ürəkdən təbrik edirəm”.