Yalçın Rəfiyev: COP29-da NCQG-nin ilkin layihəsini hazırlayaraq təqdim etmək lazımdır

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə saziş layihəsinin hazırlanması və Bakıda təqdim edilməsi ilə bağlı çağırış edib.

O, bu barədə COP29-un mətbuat konfransında bildirib.

"COP29-da biz NCQG üzrə əlaqələndirici qrupun həmsədrləri - Avstraliyadan olan Fiona Gibbert və Cənubi Afrikadan olan Zahir Fakir ilə sıx əməkdaşlıq edirik. Biz onların hər ikisinə il ərzində səylə işlədiklərinə və işə sadiqliklərinə görə minnətdarıq. Biz həmsədrləri üç illik texniki proses ərzində ilk dəfə olaraq müzakirə üçün işçi əsas kimi sənəd layihəsinin ilk versiyasını COP29-da mümkün qədər tez hazırlamağa çağırırıq", - o bildirib.