- COP29
- 15:48
- 708
BMT-nin Baş katibi ölkələri ilkin mövqelərindən əl çəkməyə və kompromisə çağırıb
COP29-a gələn nümayəndə heyətləri hələ də iqlim maliyyəsi və uyğunlaşma məsələlərində ilkin mövqelərini qoruyurlar.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nümayəndə heyətlərinin son bəyanatları bunu göstərir: "Lakin indi kompromis tapmaq vaxtıdır. Bütün tərəfləri məhz belə hərəkət etməyə çağırıram".
A.Quterreş vurğulayıb ki, razılaşmalara nail olmaq və xüsusilə Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə ümumi razılığa gəlmək üçün hələ də imkan var: "Yeni hədəf vacibdir. Çünki maliyyə məsələsi bu konfransın gündəliyinin mərkəzindədir. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizənin davam etdirilməsinə birbaşa aid olan məsələlərdə bütün ölkələrin maraqları nəzərə alınmalıdır".