Avtomobil su kanalına düşdü - 4 yaralı
19 Fevral 2016 21:56 (UTC+04:00)
Hadisə 21 radələrində Lənkəran- Boradigah şosesinin Gil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələ ki şəxsiyyəti müəyyən olunmamış sürücü, idarə etdiyi "VAZ-21015" markalı, 44 BB 482 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb.
Nəticədə sürücü daxil olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin versiya kimi, qəzanın avtomobilin sürüşkən yolda sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
APA