Qəzza zolağında 3 saatlıq atəşkəs

16 Noyabr 2012 07:21 (UTC+04:00)


İsraillə Həmas arasında yaranan son gərginliyə 3 saatlıq ara veriləcək. AzNews.az-ın reuters agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb Misirin baş naziri Hişam Kandilin Qəzzaya səfəridir.
Bu barədə qərarı İsrailin Baş naziri Binyamin Netenyahu Misirin xahişi əsasında qəbul edib.

Qeyd edək ki, İsrail Qəzza zolağında geniş miqyaslı hava əməliyyatına noyabrın 14-dən başlayıb. 300-ə yaxın aviozərbə nəticəsində Həmasın hərbi qanadının liderlərindən biri Əhməd Cabari ilə yanaşı 19 fələstinli öldürülüb. Onlardan 12-si mülki şəxsdir.

Sadiq Musa
AzNews.az