ABŞ-dan Vyana görüşünə - Şərh

18 May 2016 11:18 (UTC+04:00)

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ənənəvi brifinqdə Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyana keçirilən görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, prezidentlər status-kvo çərçivəsindən çıxmaq və bölgədə yaşayan əhaliyə faydalı ola biləcək tədbirlər görmək üçün siyasi iradə nümayiş etdiriblər.

Kirbi qeyd edib ki, ABŞ, öz növbəsində, bununla bağlı onlara dəstək verməyə hazırdır.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi görüşün çox müsbət və düzgün istiqamətdə atılmış bir addım olduğunu qeyd edib: "İndi hər kəs sadiq olduğu öhdəliklərin icrası üzrə mürəkkəb işi həyata keçirməlidir".

APA.az