Dünya Bankının temperatur həyəcanı

19 Noyabr 2012 09:39 (UTC+04:00)


2100-cü ildə dünyada temperatur daha 4 dərəcə yüksələcək. Bu barədə məlumatı Dünya Bankının hesabatında yer alıb.

Məlumata görə, bu yüzilliyin sonunda temperaturun yüksəlməsi bütün dünyada müşahidə olunacaq. Əgər zəruri tədbirlər görülməsə temperatur artımı dünya üçün böyük təhlükələr yarada bilər.

Təhlükə əsasən dənizlərin səviyyəsinin artması ilə müşayiət olunacaq ki, bundan da daha çox kasıb ölkələr ziyan çəkəcək.

Mütəxəssislər hesab edir ki, havaya istixana qazlarının atılması dayandırılsa da, temperaturun ən azı 3 dərəcə artacağı yəqindir.

Elnarə Əlosmanqızı
AzNews.az