Telekanallara ayrılan vəsait açıqlandı
2 İyun 2016 10:58 (UTC+04:00)
Bu barədə Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib.
Onun sözlərinə görə, vəsaitin telekanalların hesablarına bu ay köçürülməsi gözlənilir: "Vəsait telekanallara müqavilələr imzalandıqdan sonra köçürüləcək. MTRŞ müqavilələri telekanallara təqdim edib. Hələ ki, heç bir TV müqaviləni imzalamayıb. Müqavilələr imzalanarsa, vəsait bu ay köçürüləcək".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər bölünüb.
Report.az