Xəstəxanada dəhşətli olay - Özünü 5-ci mərtəbədən atdı + Yenilənib

2 İyun 2016 12:55 (UTC+04:00)

Xətai rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. Xəstəxanada müalicə alan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Qoşqar İsrail oğlu Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

APA.az

11:19
***


Dünən axşam saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Nevrocərrahiyyə Xəstəxanasında baş vermiş intihar hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Tovuz rayonunun Baqqallı kənd sakini 46 yaşlı Qoşqar Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atarkən həyat yoldaşı onun yanında olub.

Belə ki, 1 həftə əvvəl Q.Əsgərov kənddə yıxılaraq kəllə-beyin travması alıb və daha sonra Bakıya gətirilərək ixtisaslaşmış xəstəxanada əməliyyat edilib. Əməliyyatdan sonra Q.Əsgərov palataya yerləşdirilib və həıyat yoldaşı onun yanında qalaraq qayğısını qalıb. Dünən axşam saatlarında ər və arvadı 5-ci mərtəbədəki palatada olarkən Q.Əsgərov eyvana çıxıb siqaret çəkmək istədiyini deyib. Bir neçə dəqiqə sonra pəncərədən eyvana baxan qadın ərinin eyvanın məhəccərinə çıxdığını və özünü atmaq istədiyini görüb. O, təşviş içində eyvana doğru qaçıb ərini saxlamaq istədiyi zaman Q.Əsgərov özünü atıb.

Daha sonra Q.Əsgərov ağır vəziyyətdə elə həmin xəstəxananın reanimasiyasına yerləşdirilib. 4-5 saat sonra isə o keçinib.

Lent.az