Bakı metrosunda - Cinayət
2 İyun 2016 13:10 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, cari il may ayının 23-də Bakı şəhər sakini Əliəkbər Heydərov Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün metronun "Nizami" stansiyasında içərisində 150 manat və sənəd olan pul kisəsini itirməsini bildirib.
Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən iyunun 1-də metronun "Memar Əcəmi" stansiyasında şübhəli şəxs kimi saxlanılmış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Ruslan Süleymanovun üzərinə baxış zamanı içərisində sənəd olan pul kisəsi aşkar edilərək götürülüb.
Araşdırma zamanı sənədin Əliəkbər Heydərova məxsus olması müəyyən edilən və R.Süleymanov izahatında qeyd edilən sənədi və pul kisəsini cari il may ayının 23-də metronun "Nizami" stansiyasında tanımadığı şəxsin cibindən oğurlamasını bildirib.