Kreditlə Həccə getmək olarmı? - İlahiyyatçıdan açıqlama
2 İyun 2016 15:36 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bir çox insan kredit götürərək Həccə getməyin düzgün olmadığını bildirirlər.
AzNews.az-ın əməkdaşı məsələylə bağlı ilahiyyatcı-alim Elşad Mirinin fikirlərini öyrənib. E.Miri faizlə pul götürüb Həccə getməyin halal olmadığını bidirib: "Bu gün bir insan bankdan faizlə pul götürüb Həccə getməyi planlaşdırırsa, bu, doğru və bütünlüklə halal deyil. Haramla halal iş görmək mümkün deyil".
E.Miri qeyd edib ki, əgər kimsə haramla hacı olmaq istəyirsə, bu, özünü göstərməkdir: "Bu, ikiüzlülük deyilmi? Bu sadəcə adının qarşısında hacı sözünün işlənməsi demək deyilmi? İslam dinində belə bir anlayış yoxdur. Allah gücü olanların Həccə getməsini əsas götürür. Həcc ziyarəti 3 gündür. Ondan sonra qalan 17 günü isə bazarlıqlara həsr edirsənsə, bu, onun mahiyyətini bir kənara qoyur".
Bahar RÜSTƏMLİ
AzNews.az