İsa Qəmbərdən Türkiyəyə - Dəstək

3 İyun 2016 11:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Müsavat Partiyasının lideri İsa Qəmbər bildirib. Onun fikrincə, bu, həm siyasətin elmə, tarixə qarışması, həm tarixin saxtalaşdırılması, həm də ikitərəfli və çoxtərəfli münasibətlərə xələl gətirən bir addımdır: "Azərbaycan dövləti və xalqı hər zamankı kimi Türkiyəmizin yanında olmalı, bu ədalətsiz qərara etirazını bildirməlidir".

İ.Qəmbər qeyd edib ki, Azərbaycan bu yanlış qərarın səbəb və motivlərini araşdırmalıdır: "Bu səbəb və motivləri də neytrallaşdırmalı və aradan qaldırmağa çalışmalıyıq".

Qeyd edək ki, Almaniya Bundestaqı mütləq səs çoxluğu qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə qəbul edib. Qətnamə "101 il əvvəl Osmanlı imperiyasında erməni və digər xristian azlıqların soyqırımı barədə xatirə" adlanır.

Bahar RÜSTƏMLİ
AzNews.az