Voleybolçularımız Avropa Liqasına qələbə ilə başladı
3 İyun 2016 22:36 (UTC+04:00)
B qrupunda yer alan millimiz Fransa yığması üzərində inamlı qələbə qazanıb - 3:0.
Faiq Qarayevin yetirmələri ilk hissədə 25:9 hesablı aşkar qələbə qazanan millimiz digər iki setdə çətinliklə üzləşsə də (25:23, 26:24), yekunda qalib gəlməyi bacarıb.
Yığmamız növbəti gürüşünü sabah meydan sahibi Monteneqro millisinə qarşı keçirəcək.
Oxu.az