Maşın oğurladı - Tutuldu

4 İyun 2016 18:45 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyunun 2-də saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsindən qəsəbə sakini Valeh Mustafayevə məxsus "VAZ-21013" markalı avtomobil qaçırılıb.

Hadisəni törətmiş Bakı şəhər sakini Məlikməmməd Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə təhvil verilib.