İran, Türkiyə və Azərbaycan XİN rəhbərləri bir arada

21 Noyabr 2012 12:53 (UTC+04:00)
Türkiyə, İran və Azərbaycanın XİN rəhbərləri bir araya gələcək. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüş noyabrın 28-də Ərzurumda baş tutacaq.

Qeyd edək ki, bu XİN rəhbərlərinin 3-cü üçtərəfli görüşüdür. İlk görüş İranın Urmiya şəhərində, ikincisi isə Naxçıvanda baş tutmuşdu.
Nəzərinizə çatdıraq ki, görüşdə əsas müzakirə mövzusu regional məsələlər olacaq.

Sadiq Musa
AzNews.az