Aşura günü qan veriləcək məscidlərin SİYAHISI
22 Noyabr 2012 10:48 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. QMİ-dən verilən məlumata görə, noyabrın 25-də Bakıdakı yeddi və bölgələrdəki altı məsciddə idarənin xətti ilə qanvermə aksiyası keçiriləcək.
Vətəndaşların qan verə biləcəyi məscidlər:
Bakıda:
"Təzəpir" məscidi, "Hacı Soltanəli" məscidi, "Bibiheybət" məscidi, İçərişəhər "Cümə" məscidi, "Qaraçuxur" məscidi, Mir Mövsüm ağa ziyarətgahı, Keşlə qəsəbə məscidi;
Sumqayıt şəhərində: "Cümə" məscidi;
Gəncədə: "İmamzadə" məscidi,
Mingəçevirdə: "Heydər" məscidi,
Şəkidə: Şəki şəhər məscidi,
Lənkəranda: "Böyükbazar" məscidi,
Bərdədə: "Cümə" məscidi.
Samirə Abdullayeva
AzNews.az