«Kəpəz»də futbolçuların maaş QALMAQALI

30 Noyabr 2012 06:03 (UTC+04:00)
"Kəpəz" klubunda futbolçular 3 aydır əmək haqlarını almırlar. Bu barədə AzNews.az-a məlumatlı mənbədən bildirilib. Məlumata görə, Gəncə təmsilçisinin son zamanlar zəif çıxış etməsi bununla əlaqədardır. Komanda üzvlərində ruh düşkünlüyü var.

"Kəpəz"in prezidenti isə deyib ki, oyunçulara maaşlar bu ilin sonuna qədər ödənəcək.

Digər Gəncə təmsilçisi, birinci divizionda çıxış edən "Tərəqqi"də isə, əmək haqları 4 aydır verilmir.

Kamran Hacı
AzNews.az