Gülüstan Əliyeva konsert verəcək - Aprel şəhidlərinə görə təxirə salmışdı
17 Oktyabr 2016 12:11 (UTC+04:00)
Bu barədə AzNews.az-a G. Əliyeva özü məlumat verib. "Payız sevgisi" adlı solo konsert layihəsi Opeva və Balet Teatrında baş tutacaq: "Xalq, bəstəkar və mənim retro mahnılarım səslənəcək. Konsertdə tanınmış sənətkarlar, musiqiçi qonaqlar olacaq. Amma onların adını açıqlamaq istəmirəm. Məndən tamaşaçılara bir sürpriz olacaq".
G.Əliyeva sözügedən konsertin məkanının Heydər Əliyev Sarayından Opera və Balet Teatrına dəyişdirilməsinin də səbəbini açıqlayıb: "Mənim bu il teatrda işləməyimin 20 ili tamam olur. Bu konsertdə həm də yubiley qeyd olunacaq".
Qeyd edək ki, G.Əliyeva mayın 14-də Heydər Əliyev Sarayında konsert verəcəyini bildirmişdi. Konsertin biletləri satılsa da, aprel döyüşlərində həlak olan şəhidlərin ruhuna hörmət əlaməti olaraq, sənətçi tədbirini təxirə salmışdı.
Bahar RÜSTƏMLİ
AzNews.az