"Qafqazinfo"nun "Hurriyet"ə istinadən verdiyi məlumata görə, Baxçalı görüşə əlində sənədlərdən ibarət faylla gəlib və onu Ərdoğana təhvil verib.
Görüş təxminən 1 saat davam edib.
Türkiyə KİV-də yer alan məlumatlara əsasən, görüş təşəbbüsü Ərdoğan tərəfindən baş tutub. O, Konstitusiyada ediləcək dəyişikliyə görə Baxçalıdan da dəstək görmək istəyib. Əgər bu dəstəyi gösməsə, layihə TBMM-ə təqdim olunmayacaq. Türkiyə prezidenti bir növ, bu görüşlə MHP sədrinin fikirlərini öyrənmək istəyib.