Gəncədə 26 yaşlı qızı avtomobil vurub, vəziyyəti orta-ağırdır

6 Noyabr 2016 14:47 (UTC+04:00)

APA-nın Qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Adgözəlova Aygül Qulu qızını şəhərin Heydər Əliyev prospektində avtomobil vurub.

Xəsarət alan qız Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdıra aparılır.

AzNews.az